SON XƏBƏRLƏR

Lənkəran mayakı Lənkəran dəmir yol vağzalının yanında, Xəzər dənizinin sahilinə yaxın ərazidə yerləşir. Bu mayak Lənkaran sahillərində gəmilərə istiqamət vermək məqsədi ilə 1747-1786 illərdə Lənkəran xanı Qara Xanın hakimiyyəti dövründə tikilmişdir. 1869-cu ildə, Rus imperiyası dövründə, mayakın üst hissəsinə minarə və fənər qoyularaq, “Kaspi dəniz Gəmiçilik idarəsi” nin xidmətinə verilmişdir.

1919-cu ildə, Rusiyada vətəndaş müharibəsi zamanı, mayakda qırmızı partizanlar (sovet hakimiyyətini dəstəkləyənlər) və ağ qvardiyaçılar (sovet hakimiyyətinə qarşı çıxanlar) arasında döyüşlər baş vermişdir. Bu döyüşlərdə bolşevik dənizçisi, Oktyabr İnqilabı və Vətəndaş Müharibəsinin fəal iştirakçısı T.İ.Ulyantsev ölümcül yaralanmışdır.

Mayakın divarlarının qalınlığı 2, hündürlüyü – 33,4 metrdir. Lənkəran mayakın alt hissəsində Qala həbsxanasına (indiki Zindan qala və ya Dairəvi qala) qədər yeraltı keçid var. Buraya gəmi ilə gətirilən dustaqları həmin keçid vasitəsi ilə Dairəvi qalaya aparırdılar. Sonralar dəniz suyunun içəriyə dolması nəticəsində yeraltı keçid yararsız hala düşmüşdür və hal hazırda istifadə olunmur.

1934-cü ildən mayak meteoroloji stansiya kimi fəaliyyət göstərib. 1957-ci ildə isə Lənkəran mayakı yenidən bərpa edilib. 2002-ci ilin əvvəllərində Mayakın divarlarına suvaq çəkilmişdir. Hal hazırda mayak fəaliyyət göstərir və burada mobil operatorların qüllələri də yerləşdirilib.

Mənbələr:

  1. Aqşin Mistanlı. “Cənub bölgəsinin abidələr ensiklopediyasi”. 2020
  2. http://lenkeran-ih.gov.az/page/16.html
  3. https://alexcheban.livejournal.com/54197.html#t1529781
  4. Союз писателей СССР. Юность: литературно-художественный и общественно-политический ежемесячник, Выпуск 2-ой. Правда, 1969.

    Союз писателей СССР. Юность: литературно-художественный и общественно-политический ежемесячник, Выпуск 2-ой. Правда, 1969.
    Союз писателей СССР. Юность: литературно-художественный и общественно-политический ежемесячник, Выпуск 2-ой. Правда, 1969.
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər