Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Salyan rayonunda yaşayış kompleksi tikəcək.
İqtisadiyyat.аz xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.
İlkin mərhələdə rayonda 30 hektar torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi işləri həyata keçiriləcək.
Layihələndirmə işlərinə şəhərsalma əsaslandırması, mühəndis - geoloji axtarış işləri, geoloji rəy, baş plan, memarlıq həlli və s. məsələlər daxildir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzillər təqdim etmək və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yaradılmış dövlət qurumudur.