"Ancaq bir insanı sevə bilərsən. Sənin eyni ruhu olan insandan xoşun gələ bilər. Amma sevginin qapısı bir dəfə açılır, sonrakılar isə sadəcə yaşantılardır".
Axşam.аz xəbər verir ki, bu sözləri Cəlilabaddan olan Xalq artisti Nurəddin Mehdixanlı aparıcı Fəxriyyə Lilparın "Xəzərin sahilində" verilişində deyib.
Sevgidən danışan aktyor əlavə edib:
"Bəlkə də gənclikdə biz hisslərin əsiri olur, sevginin nə olduğunu bilmirik. Onun oduna tutuşuruq. Əslində bunu dərk etmirik. Yaşa dolduqca anlayırsan ki, sevgi nədir. Sevənlər daim xoşbəxt olurmu? Yox... Bəzən bir-birini dəli kimi sevənlər elə həddə çatır ki, sevgiləri onlar üçün əzaba çevrilir".