top
Masallıda yaxın illərdə aşkar edilmiş nəhəng küplərin sirri
08 yanvar 2026, 23:45
- +

Masallıda yaxın illərdə aşkar edilmiş nəhəng küplərin sirri

Masallı rayonunda müxtəlif dövrlərdə aşkar olunan nəhəng küp qəbirlər bizim eranın birinci əsri ilə bağlı maraqlı və əhəmiyyətli məlumatları üzə çıxarıb.

Cenublu.az xəbər verir ki, tapıntılar rayonun Eminli kəndi ərazisində aparılan təsərrüfat işləri zamanı aşkar edilib.

Məlumata görə, Eminli nekropolunda ilk küp qəbir 2022-ci ildə üzə çıxıb. Sonrakı illərdə aparılan araşdırmalar nəticəsində eyni ərazidə daha iki küp qəbir aşkarlanıb.

Tapılan bütün küplərin daxilində insan sümüyü qalıqları ilə yanaşı, müxtəlif maddi-mədəniyyət nümunələri müəyyən edilib.

Araşdırmalar göstərir ki, Eminli nekropolunda son üç il ərzində bu tipdən olan üç küp qəbir aşkar olunub. Küplər onların içərisində dəfn edilmiş şəxslərin yaşına və bədən ölçülərinə uyğun formada hazırlanıb.

Qəbirlər cinsinə görə kişi, qadın və uşaq məzarlarıdır. Kişi məzarı 52 yaşlı şəxsə aid olub və diametri təxminən 170 santimetr olan iri küpdə yerləşir. Qız uşağına aid küp isə nisbətən kiçik ölçülüdür və 130–140 santimetr diametrindədir.

Son aşkar edilən qadına aid küp məzarının ölçüsü isə ilk tapılandan təxminən 10 santimetr fərqlənir.

Mütəxəssislərin bildirdiyinə görə, küplərin içərisində aşkarlanan skelet qalıqları Qafqaz irqinin cənub qoluna aiddir. Bu fakt bölgənin qədim etnik tərkibi ilə bağlı yeni elmi mülahizələrin irəli sürülməsinə imkan yaradır.

Tapılmış hər üç küp qəbir nümunəsi hazırda Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır. Onlardan yalnız biri muzeyin ekspozisiyasında ziyarətçilərə nümayiş etdirilir.

Muzey əməkdaşlarının verdiyi məlumata görə, küp qəbirlərdən gil qablar, müxtəlif su qabları, muncuqlar, kəmər bəndləri, tunc sırğalar, dəstəyi sümükdən olan bıçaq, xəncər və digər məişət əşyaları aşkar edilib.

Bundan əlavə, qəbirlərdən Parfiya dövrünə aid gümüş sikkə də tapılıb.

Qeyd olunur ki, Eminli nekropolunda aparılan elmi tədqiqatlar bu tapıntıların Atropatenanın siyasi və mədəni əlaqələri haqqında mühüm məlumatlar verdiyini, eləcə də bizim eranın birinci əsrinə aid olduğunu elmi əsaslarla sübut edib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 05:44

Salyanda iki kəndin qəzalı məktəbləri ilə bağlı qərar verildi

Bütün xəbərlər
Dünən, 04:58

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat

Bütün xəbərlər
Dünən, 04:07

Sabirabadlı iş adamı vəfat etdi

Bütün xəbərlər
Dünən, 03:04

Sabahın hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 02:00

Zəfər savaşına könüllü qatılan cəlilabadlı şəhidimiz

Bütün xəbərlər
Dünən, 01:00

Lənkəranda boşanmaq istəyən arvadını öldürənə HÖKM

Bütün xəbərlər
14 yanvar 2026, 23:55

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
14 yanvar 2026, 23:05

Lənkəranda qardaş qardaşı bıçaqlayıb

Bütün xəbərlər
14 yanvar 2026, 22:16

Lənkəranın kəndində yaşayış evi yanıb

Bütün xəbərlər
14 yanvar 2026, 06:19

Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib

Bütün xəbərlər
14 yanvar 2026, 05:16

İmişli heyvan bazarının fəaliyyətinə icazə verilib

Bütün xəbərlər
14 yanvar 2026, 04:31

Cəlilabadda yanğın olub

Yollarda vəziyyət
14 yanvar 2026, 03:26

Təzə yenilənən yol, köhnə problem

Bütün xəbərlər
14 yanvar 2026, 01:51

Sabah hava yağıntılı olacaq

Bütün xəbərlər
14 yanvar 2026, 00:45

Biləsuvarlı partiya üzvləri ofisiantı döydülər - TƏFƏRRÜAT

Bütün xəbərlər
13 yanvar 2026, 23:23

Magistraturaya sənəd qəbulu elan edilib

Bütün xəbərlər
13 yanvar 2026, 22:40

Bu gün şəhid Kamran Fərəcovun doğum günüdür

Bütün xəbərlər
13 yanvar 2026, 05:30

Lənkəranda məktəbli bacı-qardaşı vuran sürücüyə hökm oxunub

Bütün xəbərlər
13 yanvar 2026, 04:30

Şagirdlərin elektron yerdəyişməsi üçün sənədlərin təqdimi bu gün başa çatır

Bütün xəbərlər
13 yanvar 2026, 03:42

Rayon məktəblərində distant təhsil sınaqdan keçirilir

Bütün xəbərlər
13 yanvar 2026, 02:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
13 yanvar 2026, 01:27

Gömrükdə kələm yükündən narkotik aşkarlanıb

Bütün xəbərlər
13 yanvar 2026, 00:45

Biləsuvarda zəlzələ olub

Yollarda vəziyyət
12 yanvar 2026, 23:45

Cəlilabadda yol qəzası baş verib

Oxşar xəbərlər