top
Masallıda “Çəltik və düyü” festivalı və toxum sərgi-satış yarmarkası keçirilib
26 sentyabr 2025, 05:40
- +

Masallıda “Çəltik və düyü” festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Masallı rayonunda kənd təsərrüfatının inkişafı, ənənələrin yaşadılması və aqrar sahədə innovativ texnologiyaların təşviqi məqsədilə “Çəltik və düyü” Festivalı və Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir həm kənd təsərrüfatı istehsalçılarını, həm də istehlakçıları bir araya gətirərək, məhsulları nümayiş etdirməklə yanaşı, aqrar sahədə qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə də şərait yaradıb.

Festival çərçivəsində Masallı rayonunda çəltikçilik sahəsində görülən işlər və bu sahənin potensialı geniş şəkildə təqdim olunub. Tədbirdə çəltik əkini və biçini üçün istifadə olunan müasir texnikalar nümayiş etdirilib, çəltik və düyüdən hazırlanan müxtəlif məhsullar ziyarətçilərə təqdim olunub. Bununla yanaşı, festival iştirakçıları düyüdən hazırlanan ərzaq və qida məhsulları, müxtəlif kənd təsərrüfatı və ərzaq məhsulları, sənətkarlıq nümunələri, sənaye məhsulları və əl işləri ilə tanış olublar.

Aqrar Biznes festivallarinin ənənəsinə uyğun olaraq tədbirdə dövlət qurumları tərəfindən aqrar sığorta məhsulları və aqrar sahə ilə bağlı müxtəlif xidmətlər təqdim edilib.

Festivalda özəl aqrar şirkətlər tərəfindən müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər.

Tədbir çərçivəsində, həmçinin mövsümün növbəti beşinci toxum sərgi-satış yarmarkası keçirilib. Fermerlərin rayonlaşdırılmış, sertifikatlı toxumlara əlçatanlığını təmin etmək və aqrar sektorda keyfiyyətli toxum istehsalını təşviq etmək məqsədilə keçirilən sərgi-satış yarmarkasında geniş çeşiddə toxum nümunələri nümayiş olunub.

Yarmarka çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi və düzgün qulluq tədbirləri barədə də geniş məlumat verilib. Fermerlərə bölgənin torpaq və iqlim şəraitinə uyğun “Qırmızıgül-1”, “Əsgəran”, “Onur”, “Alekseiç”, “Lucilla”, “Balaton”, “Maurizio” yumşaq buğda sortları, həmçinin “Qarabağ-22”, “Nuranə”, “İosif” və “Finola” arpa sortlarının istifadəsi tövsiyə olunub. Bildirilib ki, bu sortlar məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, yerli şəraitə yüksək uyğunlaşma qabiliyyəti ilə də seçilir.

Festival və sərgi-satış yarmarkası kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların, fermerlərin, şirkətlərin, eləcə də ziyarətçilərin maraqlı və faydalı mübadilə platformasına çevrilib. Tədbir həm ənənəvi çəltikçiliyin təbliğinə, həm də aqrar sahədə innovativ həllərin genişlənməsinə mühüm töhfə verib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 05:44

Salyanda iki kəndin qəzalı məktəbləri ilə bağlı qərar verildi

Bütün xəbərlər
Dünən, 04:58

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat

Bütün xəbərlər
Dünən, 04:07

Sabirabadlı iş adamı vəfat etdi

Bütün xəbərlər
Dünən, 03:04

Sabahın hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 02:00

Zəfər savaşına könüllü qatılan cəlilabadlı şəhidimiz

Bütün xəbərlər
Dünən, 01:00

Lənkəranda boşanmaq istəyən arvadını öldürənə HÖKM

Bütün xəbərlər
14 yanvar 2026, 23:55

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
14 yanvar 2026, 23:05

Lənkəranda qardaş qardaşı bıçaqlayıb

Bütün xəbərlər
14 yanvar 2026, 22:16

Lənkəranın kəndində yaşayış evi yanıb

Bütün xəbərlər
14 yanvar 2026, 06:19

Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib

Bütün xəbərlər
14 yanvar 2026, 05:16

İmişli heyvan bazarının fəaliyyətinə icazə verilib

Bütün xəbərlər
14 yanvar 2026, 04:31

Cəlilabadda yanğın olub

Yollarda vəziyyət
14 yanvar 2026, 03:26

Təzə yenilənən yol, köhnə problem

Bütün xəbərlər
14 yanvar 2026, 01:51

Sabah hava yağıntılı olacaq

Bütün xəbərlər
14 yanvar 2026, 00:45

Biləsuvarlı partiya üzvləri ofisiantı döydülər - TƏFƏRRÜAT

Bütün xəbərlər
13 yanvar 2026, 23:23

Magistraturaya sənəd qəbulu elan edilib

Bütün xəbərlər
13 yanvar 2026, 22:40

Bu gün şəhid Kamran Fərəcovun doğum günüdür

Bütün xəbərlər
13 yanvar 2026, 05:30

Lənkəranda məktəbli bacı-qardaşı vuran sürücüyə hökm oxunub

Bütün xəbərlər
13 yanvar 2026, 04:30

Şagirdlərin elektron yerdəyişməsi üçün sənədlərin təqdimi bu gün başa çatır

Bütün xəbərlər
13 yanvar 2026, 03:42

Rayon məktəblərində distant təhsil sınaqdan keçirilir

Bütün xəbərlər
13 yanvar 2026, 02:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
13 yanvar 2026, 01:27

Gömrükdə kələm yükündən narkotik aşkarlanıb

Bütün xəbərlər
13 yanvar 2026, 00:45

Biləsuvarda zəlzələ olub

Yollarda vəziyyət
12 yanvar 2026, 23:45

Cəlilabadda yol qəzası baş verib

Oxşar xəbərlər