Sentyabrın 26-da saat 10:30-da Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda “Çəltik və Düyü festivalı” təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, festivalda çəltik əkini və biçinində istifadə olunan texnikalar, çəltik və düyüdən hazırlanan məhsullar, kənd təsərrüfatı və sənaye məhsulları, el sənətkarlığı nümunələri, həmçinin məktəblilərin əl işləri sərgilənəcək.
Tədbirdə müxtəlif bölgələrdən gələn kənd təsərrüfatı texnikası və avadanlıq satışı ilə məşğul olan 50-yə yaxın şirkət iştirak edəcək. Bununla yanaşı, toxum sərgi-satış yarmarkası da təşkil olunacaq.