Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Lənkəran Təcili Tibbi Yardım Stansiyasının binasının cari təmiri ilə bağlı tender elan edib.
Baku.ws-in məlumatına görə, müsabiqənin ümumi dəyəri 355 min manat təşkil edir.
Layihənin icrası nəticəsində Lənkəran Təcili Tibbi Yardım Stansiyasının maddi-texniki bazası yaxşılaşdırılacaq, sanitar-gigiyenik və təhlükəsizlik şəraiti gücləndiriləcək.