Masallı rayonunun Köçəkli kənd sakinləri yolların acınacaqlı vəziyyətindən narazılıqlarını dilə gətirmişdi.
Cenublu.az-ın işıqlandırdığı məsələdə qeyd olunmuşdu ki, yağış yağanda küçələr çaya çevrilir, hərəkət etmək, xüsusilə də uşaqların məktəbə gedib-gəlməsi çətinləşir.
Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətindən redaksiyamıza bildirilib ki, rayon ərazisində yolların təmir-tikinti işləri növbəlilik prinsipi əsasında mərhələli şəkildə həyata keçirilir.