top
Kiloqramı 450 manata - Yerli çaylar niyə BAHADIR?
27 iyun 2025, 22:20
- +

Kiloqramı 450 manata - Yerli çaylar niyə BAHADIR?

Lənkəran rayonunun mərkəzi bazarında yerli istehsal  müxtəlif növ çayların satışı geniş yer tutur. Burada çayın qiyməti çeşidinə və keyfiyyətinə görə dəyişir, kiloqramı 15 manatdan başlayaraq 450 manata qədər dəyişir. Satıcıların sözlərinə görə, daha sərfəli 15-25 manat aralığında olan çaylara alıcı marağı daha yüksəkdir. 

Yerli çayın baha satılması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yerli istehsal olması həmin məhsulun mütləq şəkildə daha ucuz qiymətə satılması anlamına gəlmir:

“Sahibkar öz məhsulunun qiymətini bazar prinsiplərinə uyğun şəkildə sərbəst müəyyənləşdirə bilər.
Əgər sahibkar məhsulunu 400-500 manata sata bilirsə, bu, iqtisadi baxımdan müsbət haldır. Bu həm də cəmiyyət üçün sevindirici olmalıdır ki, yerli istehsal olunan məhsula belə dəyər verən və almağa imkanı çatan vətəndaşlarımız var”.

X.Kərimli qeyd edib ki, bazarda vətəndaşların daha münasib qiymətə çay almaq imkanı da mövcuddur:

“Çünki ölkəyə Hindistan, Çin, Şri-Lanka kimi çay ixracatçısı olan ölkələrdən idxal olunan müxtəlif növ məhsullar gətirilir. Yerli istehsalçılar isə bu bazarın cüzi bir hissəsini təşkil edirlər və onların satdığı 3-5 kiloqramlıq çay ümumi bazar qiymətlərinə ciddi təsir göstərmir”.

Ekspertin sözlərinə görə, çay sahəsində inhisarçılıq mövcud deyil və bu sektorda monopoliya halları müşahidə olunmur. 

Əsas şərt ondan ibarətdir ki, bazarda satılan bütün çay məhsulları dövlət tərəfindən keyfiyyətə nəzarət baxımından yoxlanılır və insan sağlamlığı üçün təhlükə daşımır. Sahibkar baha qiymət təyin edirsə, bu onun sərbəst qərarıdır və bazar iqtisadiyyatının qaydalarına uyğundur. Əsas odur ki, istehlakçı seçim imkanına malikdir və istədiyi halda daha münasib qiymətə çay ala bilər",- deyə o əlavə edib”.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:37

Polis Akademiyasında çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Məişət
Bu gün, 13:35

İmişlidə çörək emalı müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:06

Masallıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:45

Cəlilabadlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 05:44

Salyanda iki kəndin qəzalı məktəbləri ilə bağlı qərar verildi

Bütün xəbərlər
Dünən, 04:58

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat

Bütün xəbərlər
Dünən, 04:07

Sabirabadlı iş adamı vəfat etdi

Bütün xəbərlər
Dünən, 03:04

Sabahın hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 02:00

Zəfər savaşına könüllü qatılan cəlilabadlı şəhidimiz

Bütün xəbərlər
Dünən, 01:00

Lənkəranda boşanmaq istəyən arvadını öldürənə HÖKM

Bütün xəbərlər
14 yanvar 2026, 23:55

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
14 yanvar 2026, 23:05

Lənkəranda qardaş qardaşı bıçaqlayıb

Bütün xəbərlər
14 yanvar 2026, 22:16

Lənkəranın kəndində yaşayış evi yanıb

Bütün xəbərlər
14 yanvar 2026, 06:19

Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib

Bütün xəbərlər
14 yanvar 2026, 05:16

İmişli heyvan bazarının fəaliyyətinə icazə verilib

Bütün xəbərlər
14 yanvar 2026, 04:31

Cəlilabadda yanğın olub

Yollarda vəziyyət
14 yanvar 2026, 03:26

Təzə yenilənən yol, köhnə problem

Bütün xəbərlər
14 yanvar 2026, 01:51

Sabah hava yağıntılı olacaq

Bütün xəbərlər
14 yanvar 2026, 00:45

Biləsuvarlı partiya üzvləri ofisiantı döydülər - TƏFƏRRÜAT

Bütün xəbərlər
13 yanvar 2026, 23:23

Magistraturaya sənəd qəbulu elan edilib

Bütün xəbərlər
13 yanvar 2026, 22:40

Bu gün şəhid Kamran Fərəcovun doğum günüdür

Bütün xəbərlər
13 yanvar 2026, 05:30

Lənkəranda məktəbli bacı-qardaşı vuran sürücüyə hökm oxunub

Bütün xəbərlər
13 yanvar 2026, 04:30

Şagirdlərin elektron yerdəyişməsi üçün sənədlərin təqdimi bu gün başa çatır

Bütün xəbərlər
13 yanvar 2026, 03:42

Rayon məktəblərində distant təhsil sınaqdan keçirilir

Oxşar xəbərlər