top
Dünyada yeganə Uzunömürlülər Muzeyi Lerikdə yerləşir
31 avqust 2024, 10:00
- +

Dünyada yeganə Uzunömürlülər Muzeyi Lerikdə yerləşir

Lerik rayonunda yerləşən məşhur Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir.

Sputnik xəbər verir ki, burada yaşlı insanların fotoşəkilləri, həmçinin onların şəxsi əşyaları və sənədləri saxlanılır.

Muzeyin direktoru Dilarə Fətullayevanın verdiyi məlumata görə, Lerik rayonunda çoxlu uzunömürlü insanlar yaşayır və bu muzey dünyada yeganə belə muzeydir. Müasir memarlıq elementlərindən istifadə edilərək inşa edilmiş muzeyin yeni binasının 2010-cu ildəki açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

"Muzeyimiz iki zaldan ibarətdir. Bu zallarda iki mindən çox eksponat nümayiş etdirilir - bunlar Lerik rayonunun yüz yaşdan artıq yaşamış 500-dən çox insanın şəxsi əşyaları və fotoşəkilləridir. Fotoşəkillərin əksəriyyətini bizə fransız fotoqraf Frederik Laşop hədiyyə edib", - deyə Fətullayeva qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın uzunömürlü insanları arasında rekordçu çoban Şirəli Müslümov olub. O, 168 il yaşayıb və Lerik rayonunun Bərzavu kəndindən olub. Şirəli üç dəfə evli olub. Onun sonuncu həyat yoldaşı Xatum xanım Müslümova ərinin vəfatından sonra 15 il yaşayıb, onların bir qızı var. Məhz qızının sayəsində Şirəli Müslümov planetin ən yaşlı atası olub.

Muzeydə həmçinin Mahmud Eyvazov (152 yaş), Məcid Ağayev (143 yaş), Qızıl Quliyeva (134 yaş), Məhbubə Fətullayeva (113 yaş) kimi uzunömürlü insanların əşyaları da nümayiş olunur.

Dilarə Fətullayeva qeyd edib ki, muzeyə əsasən xarici qonaqlar uzunömürlülüyün sirlərini öyrənmək üçün gəlirlər. O hesab edir ki, uzunömürlülüyün əsas səbəbi Lerik rayonunun mənzərəli təbiətinin, dağ havasının, təmiz suyunun olmasıdır, lakin təbii ki, genetika da böyük rol oynayır.

Dünyada yeganə Uzunömürlülər Muzeyi Lerikdə yerləşir

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 23:19

Prezident İlham Əliyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 23:10

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
13 iyun 2026, 17:40

Biləsuvarda 64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlanıb

Kriminal
13 iyun 2026, 16:39

Heyvan sümüklərini maşına qoyub yandırdı, ölümünü imitasiya etdi - QƏRAR

Cəmiyyət
13 iyun 2026, 15:24

Neftçalada kişi evində ölü tapılıb

Bütün xəbərlər
13 iyun 2026, 14:26

Sabah hava necə olacaq?

Bütün xəbərlər
13 iyun 2026, 13:29

Bu ilin 5 ayında 50 minə yaxın qan donoru qeydiyyata alınıb

Bütün xəbərlər
13 iyun 2026, 12:32

Lənkəranlı Vətən müharibəsi iştirakçısı vəfat etdi

Bütün xəbərlər
13 iyun 2026, 11:30

DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı

Bütün xəbərlər
13 iyun 2026, 10:25

Lənkəranda 47 il müəllimlik edən Südabə Axundova vəfat etdi

Bütün xəbərlər
13 iyun 2026, 09:23

Polis 47 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
12 iyun 2026, 17:40

Lənkəranda bir nəfər Bumda çimərkən batıb

Bütün xəbərlər
12 iyun 2026, 16:32

İlk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Cəmiyyət
12 iyun 2026, 15:26

Cəlilabadlı müəllim qadını ölümdən belə xilas etdi

Bütün xəbərlər
12 iyun 2026, 14:24

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
12 iyun 2026, 13:29

Sabah hava necə olacaq?

Kriminal
12 iyun 2026, 12:30

Masallıda dəhşətli qətl: 69 yaşlı qadın evində baltalanaraq öldürüldü

Kriminal
12 iyun 2026, 11:31

Saatlı sakini arvadını cavabına görə 8 dəqiqə döydü

Bütün xəbərlər
12 iyun 2026, 10:25

23 yaşlı masallılı şəhidimizin ad günüdür

Bütün xəbərlər
12 iyun 2026, 09:27

Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Faydalı
11 iyun 2026, 17:16

Məhərrəm ayı və Aşura gününün tarixi açıqlanıb

Kriminal
11 iyun 2026, 16:50

Yardımlılı sevgilisini yerə yıxıb təpiklədi - Həbs edilmədi

Bütün xəbərlər
11 iyun 2026, 15:45

Sabah hava necə olacaq?

Oxşar xəbərlər