Azərbaycanda mövcud olan minik avtomobillərinin 94,3%-ni və ya 1 milyon 494 min 819 ədədini şəxsi minik avtomobilləri təşkil edir.
Yeniavaz.cоm açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanda hər yüz ev təsərrüfatına (ailə) düşən şəxsi minik avtomobillərinin sayı 65 olub.
Belə ki, Cənub bölgəsində hər 100 ailəyə düşən avtomobil sayı şəhər və rayonlar üzrə aşağıdakı kimi olub:
Sabirabad – 53 ədəd;
Masallı – 53 ədəd;
Lerik – 50 ədəd;
Biləsuvar – 50 ədəd;
Lənkəran – 46 ədəd;
Yardımlı – 43 ədəd.