Biləsuvar rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası təşkil edilib.
Report.аz xəbər verir ki, festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarmarka kənd təsərrüfatı istehsalçılarının sertifikatlı toxumlara əlçatanlığının artırılması, toxumçuluq sektorunun inkişafı və fermerlərin innovativ texnologiyalarla tanış olması məqsədilə təşkil olunub.
Tədbir fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları üçün geniş imkanlar yaradıb.