Biləsuvar şəhər Mərkəzi Parkında 5-ci “Hindquşu Festivalı” təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, tədbir 23 noyabr tarixində saat 11:00-dan etibarən Biləsuvar Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Festivalın rayonda turizmin təşviqi və quşçuluğun inkişafına dəstək baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilir. Tədbirə bütün sakinlər və qonaqlar dəvət olunur.