Cəlilabad rayonunun Məlikqasımlı kəndində sakinlərin içməli suya olan tələbatını təmin etmək məqsədilə artezian quyusu qazılır.
Cenublu.az Cəlilabad Bələdiyyələri Əlaqələndirmə Şurasına istinadən xəbər verir ki, artezian quyusunun qazılması Boyxanlı bələdiyyəsi tərəfindən vətəndaşların bələdiyyəyə ödədikləri vergi və rüsumlardan daxil olan vəsait hesabına həyata keçirilir.