Biləsuvarda təbii qaz təchizatının dayandırılması planlaşdırılır.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan uzunluğu 11000 metr polietilen qaz xətləri kipliyə sınaq olunacaq.
Bununla əlaqədar Əliabad, Xırmandalı, Bəydili, Zəhmətabad kəndləri və şəhərin bir hissəsi olmaqla ümumilikdə 7500 abonentə qazın verilişində sentyabrın 4-ü saat 10:00-dan işlər başa çatana qədər fasilə yaranacaq.