Astara rayonu ərazisində sabah saat 10:00-dan bir neçə kəndin qaz təchizatı dayandırılacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Astara rayonu ərazisində 8 oktyabr tarixində saat 10:00-dan payız-qış mövsümünə hazırlıqla əlaqədar Pensər kəndi, Kijəbə qəsəbəsi istiqamətində diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin kipliyə sınaq işləri görüləcək. Buna görə də, Pensər, Çayoba, Kakalos, Bala Şahağacı, Qamışoba, Şiyəkəran, Kolatan, Şahağacı, Təngərüd, Maşxan kəndləri və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 7600 abonentin qaz təchizatının işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.
İdarə bildirir ki, abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etməkləri xahiş edilir.