Bu gün Vətən müharibəsi şəhidimiz Samir Şükürovun doğum günüdür.
Samir Təyyub oğlu Şükürov 1974-cü il noyabrın 7-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub.
O, 1993-cü ildən I Qarabağ müharibəsində müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak edib.
Azərbaycan Ordusunun baş leytenantı olan Samir Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub.
"Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə tətif edilib.