top
Tələbələrə ayrılan 5 milyon manat geri qaytarılıb
03 iyul 2026, 12:02
- ↺ +

Tələbələrə ayrılan 5 milyon manat geri qaytarılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təhsil Tələbə Krediti Fondu fəaliyyət göstərdiyi son beş ildə 85 mindən çox tələbəyə kredit ayırıb, təhsil haqlarının maliyyələşdirilməsi üçün isə 80 milyon manatdan artıq dövlət vəsaiti xərclənib.

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov AzEdu.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Fondun elektron sisteminə son beş tədris ili ərzində 101 mindən çox müraciət daxil olub. Bu müraciətlər əsasında 85 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Təhsil haqlarının ödənilməsi məqsədilə isə 80 milyon manatdan artıq dövlət vəsaiti təyinatı üzrə istifadə olunub.

Bəhruz Əzimov bildirib ki, kreditlərin geri ödənilməsi prosesi də davam edir. İndiyədək tələbələr tərəfindən dövlətə 5 milyon manatdan çox vəsait geri qaytarılıb. Hazırda 8 950 məzun geriödəmə mərhələsindədir.

Fond sədrinin sözlərinə görə, geriödəmə öhdəliklərini vaxtında yerinə yetirməyən məzunların sayı ümumi portfellə müqayisədə aşağı səviyyədədir. Hazırda 30–60 gün gecikməsi olan 141, 60–90 gün gecikməsi olan 45, 90 gündən artıq gecikməsi olan isə 176 məzun var. Ümumilikdə gecikməyə yol verənlərin payı geriödəmə portfelinin təxminən 4 faizini təşkil edir.

Bəhruz Əzimov əlavə edib ki, Fondun əsas məqsədi maliyyə imkanlarından asılı olmayaraq gənclərin ali təhsilə əlçatanlığını təmin etmək və onların təhsilini davam etdirməsinə dəstək verməkdir.



Mənbə: AzEdu.аz

Son xəbərlər

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Kriminal
Dünən, 11:50

15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi

Bütün xəbərlər
Dünən, 11:15

Astaralı şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 10:40

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Siyasət
Dünən, 10:04

Yeni ombudsman bu gün seçiləcək

Bütün xəbərlər
Dünən, 09:37

Xəstəxana direktoru vəzifəsindən azad edildi

Bütün xəbərlər
Dünən, 09:08

Lənkəranın daha bir dağ kəndi qazlaşdırılır

Bütün xəbərlər
Dünən, 00:01

3 noyabr 2020: Vətən müharibəsinin 38-ci günü

Bütün xəbərlər
02 noyabr 2026, 17:05

Astarada fermerlər naringi sata bilmir: Qiymət 60 qəpiyə düşüb

Bütün xəbərlər
02 noyabr 2026, 16:32

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır

Bütün xəbərlər
02 noyabr 2026, 15:50

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

Kriminal
02 noyabr 2026, 15:10

Cəlilabadda anasının evinə basqın edərək onu döyən bloqer saxlanıldı

Bütün xəbərlər
02 noyabr 2026, 14:33

Sabah 24 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
02 noyabr 2026, 14:00

Lerikli şəhid qardaşların xatirəsi anılır

Oxşar xəbərlər