top
Saatlıda ilk superintensiv armud bağı: Məhsul Rusiya bazarına çıxarılıb, növbəti hədəf Avropadır
21 iyul 2026, 12:26
- ↺ +

Saatlıda ilk superintensiv armud bağı: Məhsul Rusiya bazarına çıxarılıb, növbəti hədəf Avropadır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Saatlıda intensiv və superintensiv meyvə bağlarının sahəsi genişlənir. Bu istiqamətdə görülən işlər "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyənləşdirilən hədəflərə də uyğundur. Dövlət Proqramında müasir bağçılığın genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması, fermerlərə subsidiya və digər dəstək mexanizmlərinin tətbiqi əsas prioritetlərdən biri kimi müəyyən olunub.

Saatlıda salınan yeni intensiv və superintensiv bağlar da bu görülən işlərin uğurlu nəticələrindəndir. Bunun bariz nümunələrindən biri də rayonda ilk məhsulunu verən superintensiv armud bağıdır. Bağ sahibi Ələsgər Əhmədov bildirib ki, 2023-cü ildə salınan superintensiv armud bağı 8 hektar ərazini əhatə edir. Bağın hər hektarında 3500 ağac əkilib. Növbəti illərdə isə bağın sahəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

"İlk məhsul ilindəyik. Hər ağacdan orta hesabla 3-4 kiloqram meyvə toplanılır. Bu günə kimi 40 ton məhsul yığmışıq. Məhsulun bir hissəsi artıq Rusiya bazarına göndərilib. Əsas hədəfimiz hər hektardan 60 ton məhsul götürmək və Avropa bazarlarına çıxmaqdır.

Bağ növbəti illərdə daha çox məhsul verəcək. Çünki ağaclar hazırda inkişaf mərhələsindədir və məhsuldarlıq ildən-ilə artacaq. Təbii ki, bu işlərin ərsəyə gəlməsində dövlət dəstəyinin mühüm rolu var. Müxtəlif güzəştlər və subsidiyalar kənd təsərrüfatının inkişafına birbaşa dəstək verir. Bu bağın salınmasına görə hər hektara birdəfəlik 3500 manat subsidiya ayrılıb. Sonrakı üç il ərzində hər hektara 742 manat subsidiya verilir. Daha sonra isə daimi olaraq hər hektara 240 manat subsidiya ödənilir.

Fermer olaraq dövlətin bizə göstərdiyi dəstəkdən yararlanaraq qarşımıza qoyduğumuz məqsədlərə çatmağı hədəfləyirik. 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında da kənd təsərrüfatının inkişafı üçün bir çox güzəştlər və dəstək mexanizmləri nəzərdə tutulub. Əsas məqsəd idxaldan asılılığı azaltmaq, ixracyönümlü kənd təsərrüfatı istehsalını genişləndirməkdir. Bizim bağların məhsulu daxili bazarla yanaşı ixrac da olunur. Armud və heyva bağlarımızın məhsulu artıq 6 ölkəyə göndərilir. Gələcəkdə həm ixracın, həm də məhsul istehsalının həcmini daha da artırmağı planlaşdırırıq. Bu ilin dekabr ayında isə əlavə 30 hektar sahədə nar bağlarının salınmasını nəzərdə tuturuq", - deyə Ə. Əhmədov bildirib.

Mənbə: azertag.аz

Son xəbərlər

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Kriminal
Dünən, 11:50

15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi

Bütün xəbərlər
Dünən, 11:15

Astaralı şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 10:40

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Siyasət
Dünən, 10:04

Yeni ombudsman bu gün seçiləcək

Bütün xəbərlər
Dünən, 09:37

Xəstəxana direktoru vəzifəsindən azad edildi

Bütün xəbərlər
Dünən, 09:08

Lənkəranın daha bir dağ kəndi qazlaşdırılır

Bütün xəbərlər
Dünən, 00:01

3 noyabr 2020: Vətən müharibəsinin 38-ci günü

Bütün xəbərlər
02 noyabr 2026, 17:05

Astarada fermerlər naringi sata bilmir: Qiymət 60 qəpiyə düşüb

Bütün xəbərlər
02 noyabr 2026, 16:32

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır

Bütün xəbərlər
02 noyabr 2026, 15:50

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

Kriminal
02 noyabr 2026, 15:10

Cəlilabadda anasının evinə basqın edərək onu döyən bloqer saxlanıldı

Bütün xəbərlər
02 noyabr 2026, 14:33

Sabah 24 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
02 noyabr 2026, 14:00

Lerikli şəhid qardaşların xatirəsi anılır

Oxşar xəbərlər