Bu gün Vətən müharibəsi şəhidi - Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Əmrah Namiq oğlu Hüseynlinin doğum günüdür.
Əmrah Hüseynli 1994-cü il oktyabrın 12-də Cəlilabad şəhərində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2017-ci ildə hərbi məktəbi Taktiki kəşfiyyat qoşunları komandiri ixtisası üzrə leytenant hərbi rütbəsində bitirib. Xüsusi Təyinatlı Qüvvələrin təməl komando kurslarını keçib və xüsusi təyinatlı qüvvələrdə xidmətə başlayıb.
Əmrah Hüseynli 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah Hüseynli 26 oktyabr Çanaqçı istiqamətində şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.