Cəlilabadda doğuş zamanı həyatını itirən qadının ölümündə təqsirləndirilən həkimin cəzası ağırlaşdırılıb.
Şirvan Apellyasiya Məhkəməsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu Dilbər Əhmədovaya 3 il 6 ay həbs cəzası verib. O, 2 il müddətinə həkim-mama-ginekoloq vəzifəsi tutmaq hüququndan da məhrum edilib.
İttihama görə, 1999-cu il təvəllüdlü Nahidə Abbasova doğuş sancıları ilə xəstəxanaya müraciət etsə də, həkim onu evə göndərib. Qadın yolda, avtomobildə doğuş edib. Daha sonra xəstəxanaya yerləşdirilən Nahidə Abbasova ağırlaşmalar nəticəsində həyatını itirib.
Ekspertiza zamanı tibbi nəzarət və müalicədə ciddi nöqsanlar aşkarlanıb. Əvvəlki hökmlə 3 il şərti həbs cəzası alan həkimin cəzası zərərçəkmiş tərəfin şikayəti əsasında ağırlaşdırılıb.
Mənbə: pravda.аz