top
BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın
Bu gün, 11:30
- ↺ +

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Neftçala rayonunun ərazisində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, nasazlıq səbəbindən yolda dayanan avtomobil, eləcə də kömək məqsədilə saxlayan digər nəqliyyat vasitələrinin sürücü və sərnişinləri təhlükəsizlik qaydalarına əməl etmədikdə digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yarada bilər. Xüsusilə hərəkətin intensiv olduğu yollarda dayanan avtomobilləri vaxtında görməmək ağır nəticələrə səbəb olur.

Cenublu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə çağırışında bildirilib.

Qeyd edilib ki, nəqliyyat vasitəsi nasazlıq səbəbindən dayanmağa məcbur olduqda, sürücü mümkün qədər onu yolun hərəkət hissəsindən kənara çəkilməli, qəza işıq siqnallarını yandırmalı və qəza dayanma nişanını digər sürücülərin vaxtında görə biləcəyi yerdə quraşdırmalıdır. Qanunvericiliyə əsasən, nişan yaşayış məntəqələrindən kənarda avtomobildən ən azı 30 metr aralıda yerləşdirilməlidir.
Məcburi dayanan avtomobilə yardım etmək istəyən sürücülər də öz nəqliyyat vasitələrini hərəkət zolağında və ya yolun görünüşünü məhdudlaşdıran hissəsində saxlamamalıdırlar. Təhlükəsizliyi təmin etmədən, yolun hərəkət hissəsində təmir işləri aparmaq isə yolverilməzdir. Sürücü və sərnişinlər yolun hərəkət hissəsindən uzaq, təhlükəsiz yerdə gözləməli, imkan daxilində müvafiq xidmətlərə müraciət etməlidirlər.

Yolda dayanan avtomobilə yaxınlaşan digər sürücülər sürəti əvvəlcədən azaltmalı, zolağı dəyişərkən diqqətli olmalı və ara məsafəsini artırmalıdırlar. Dayanan avtomobillərin yanından yüksək sürətlə keçmək, diqqəti yayındıran vasitələrdən istifadə etmək və qəfil manevr etmək qəza riskini artırır. Gecə vaxtı, yağışlı və dumanlı havada, eləcə də görünüşün məhdud olduğu digər şəraitdə bu tələblərə daha ciddi əməl olunmalıdır.

Məcburi dayanan avtomobilin yanında olan şəxs təhlükəsizlik qaydalarına əməl etmədikdə öz həyatını real təhlükə atmış olur.

"Unutmayın: Məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirləri görün. Yolda belə avtomobillərlə rastlaşdıqda isə sürəti azaldın və ehtiyatlı olun!", - deyə çağırışda vurğulanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:45

Baş Prokurorluq: Dövlət Xidmətinin 121 əməkdaşı barəsində hərtərəfli araşdırmalar aparılıb

İqtisadiyyat
Bu gün, 13:10

Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək

Bütün xəbərlər
Bu gün, 12:25

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

İdman
Bu gün, 12:00

Cəlilabadda gənc futbolçu öldü

Kriminal
Bu gün, 11:00

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 10:25

FHN: Ötən həftə 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Bu gün, 09:50

Vətən müharibəsi şəhidi Əmrah Hüseynlinin ad günüdür

Kriminal
Bu gün, 09:12

Biləsuvarda toyda bıçaqlanma olub

Bütün xəbərlər
Bu gün, 00:05

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
Dünən, 00:01

Vətən Müharibəsinin xronikası: 11 oktyabr

Kriminal
10 oktyabr 2026, 17:02

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:04

Zəfərdən bir gün sonra şəhid olan lənkəranlı Şuşa fatehi

Bütün xəbərlər
10 oktyabr 2026, 14:47

Salyanda "Mercedes"lə qatar toqquşdu

Bütün xəbərlər
10 oktyabr 2026, 13:10

Lənkəranda dolu və güclü külək: aşan ağaclar evlərə ziyan vurub

Bütün xəbərlər
10 oktyabr 2026, 12:03

Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA

Bütün xəbərlər
10 oktyabr 2026, 11:11

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Bütün xəbərlər
10 oktyabr 2026, 10:03

Lənkərana dolu düşüb – Ağaclar aşıb

Bütün xəbərlər
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 18:00

Lənkəranda qurumuş ağac təhlükə saçır - VİDEO

Bütün xəbərlər
09 oktyabr 2026, 17:27

Son bir həftədə yaşıllıqlara 32 min manatdan çox ziyan dəyib

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:30

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Oxşar xəbərlər