top
Biləsuvarda pomidor sahələrdə çürüyür: Fermerlər ZİYAN İÇİNDƏDİR - VİDEO
04 noyabr 2024, 01:30
- ↺ +

Biləsuvarda pomidor sahələrdə çürüyür: Fermerlər ZİYAN İÇİNDƏDİR - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əlverişsiz hava şəraitinə görə Biləsuvar fermerlərinin yetişdirdikləri pomidor sahələrdə qalaraq çürüyüb.

Cenublu.az-ın verdiyi xəbərə görə, bu il Biləsuvarda fermerlər bol pomidor məhsulu yetişdirsələr də, iqlim şəraitindən, eləcə də təsərrüfatlarda yaranan xəstəlik səbəbindən məhsul sahələrdə yararsız hala düşüb.

Biləsuvarda hər il mövsümi olaraq açıq sahələrdə 2000 hektara qədər müxtəlif tərəvəz bitkiləri  yetişdirilir. Builki yazlıq tərəvəz bitkilərinin  670 hektarını pomidor məhsulu təşkil edib.  Ötən aydan  yığımına başlanılan pomidor bu mövsüm sahələrdə bol olsa da, əlverişsiz hava şəraiti və sahələrdə yayılan xəstəlik becərilən məhsulun elə sahələrdə də çürüməsinə səbəb olub.

Rayonun Səmədabad kənd sakini fermer İlham Ağayev 24 ildir ki, pomidor məhsulunun yetişdirilməsi ilə məşğuldur. O deyir ki, 1 hektar sahədə pomidorun Niderland mənşəli toxumun Lojin sortundan 15 min ədəd şitil əkib. Bu sortdan gözləntilər çox olsa da, nəticə ürəkaçan olmayıb: “Müxtəlif mərhələlərlə sahədən hektardan 12 dəfəyədək məhsul götürürdük. Bu da sortun öz təlimatında göstərildiyi kimi 120 ton məhsul verməyə qadir olan bir sortdur. Amma bu il gözləntilərimiz doğrulmadı. Avqust ayının axırında iqlim şəraitinə görə məhsulumuza xəstəlik düşdü. Çoxlu preparatlardan istifadə etdik, lakin nəticə əldə edə bilmədik. Kollarda pomidor çoxdur, amma pomidora xəstəlik düşdüyü üçün biz o məhsulu götürə bilmədik”.

Fermerlər bu ilin əvvəlindən pomidor sahəsinə zəruri aqrotexniki qulluqlar göstərməsinə baxmayaraq, dərman preparatlarının keyfiyyətsizliyi üzündən hər yığımda, demək olar ki, 50 faiz zərərlə üzləşiblər.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzlərinin bitkiçilik sektorunun baş məsləhətçisi Gülağa Qurbanov bildirib ki, mərkəz tərəfindən sahələrdə mütəmadi olaraq monitorinqlər keçirilir və xəstəliklərə qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir: “Havaların bir az yağıntılı keçməsi ilə əlaqədar göbələk xəstəlikləri rütubətə həssas olduqları üçün bəzi sahələrdə artıb. Biz fermerlərə bu xəstəliklərə qarşı mübarizə tövsiyələrimizi vermişik və onlar bu problemin qarşısından layiqincə gəliblər”.

Qeyd edək ki, pomidorun yetişdirilməsi ilə əsasən, Biləsuvar rayonunun Ağalıkənd, Səmədabad, Ağayrı, Günəşli kəndlərində məşğul olurlar. Bu günədək sahələrdən tədarük olunan 38 min tondan çox məhsulun 70 faizi  paytaxt və region bazarlarına çıxarılıb. Məhsuldarlığın isə 400-500 sentner civarında olması planlaşdırılır.

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
Dünən, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
Dünən, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Dünən, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Dünən, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Dünən, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Dünən, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Dünən, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Dünən, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
30 oktyabr 2026, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
30 oktyabr 2026, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
30 oktyabr 2026, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
30 oktyabr 2026, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
30 oktyabr 2026, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

Oxşar xəbərlər