Azərbaycan Basketbol Liqasında cənubu təmsil edəcək “Zirvə Astara”nın turnir çərçivəsində ilk rəqibi bəlli olub. Bu haqda bu gün, 10 oktyabr tarixində Cenublu.az ABF-yə istinadən xəbər verir.
Təmsilçimiz 15 oktyabr tarixində liqanın ilk matçına çıxacaq. “Zirvə Astara” Bakı təmsilçisi olan “Sabah” BK ilə qarşılaşacaq. Oyun saat 20:00-da paytaxtda yerləşən Sərhədçi İdman Mərkəzində baş tutacaq.
Qeyd edək ki, oyunu izləmək üçün giriş sərbəstdir.