“Xan Lənkəran” futzal komandasının aşağı liqada iştirakı təsdiqlənib. Bu haqda bu gün, 23 avqust tarixində Cenublu.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir.
Futzal üzrə İkinci Liqada 2022/2023 mövsümündə 10 komanda mübarizə aparacaq. “Xan Lənkəran”la birgə turnirdə “Baku Fire-2”, “Dalğa”, “Bibi-Heybət”, “Advokat”, “Zəngilan”, FHN, “Timsport”, “Rəvan” və “Flaqman” iştirak edəcəklər.