Xan Lənkəran PFK-nın keçirəcəyi yoldaşlıq oyununun məkanı dəyişdirilib. Bu haqda məlumat futbol klubunun rəsmi İnstagram səhifəsində paylaşılıb.
l divizionda iştirak edən Sumqayıt-2 FK ilə görüş Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək. Girişi pulsuz olan matç 21 yanvar saat 15:00-da baş tutacaq.
"Oyunun məkanının dəyişdirilməsi Xan Lənkəran PFK-dan asılı olmayan səbəblərə görə baş verib", - deyə futbol klubunun müraciətində bildirilib.