Yoldaşlıq matçı çərçivəsində baş tutan oyunda Xan Lənkəran PFK minimal hesabla qələbə qazanıb. Bu haqda məlumat futbol klubunun rəsmi İnstagram hesabında paylaşılıb.
Lənkəran Olimpiya Kompleksində baş tutan oyunda klubumuz Sumqayıt-2 ilə qarşılaşıb. Xan Lənkəranın üstünlüyü ilə keçən oyunda, klubumuz 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu Zaur Nuruzadə Sumqayıt təmsilçisinin qapısından keçirib.
Qeyd edək ki, Sumqayıt-2 l divizion klubudur.
Türk mütəxəssis İbrahim Uzuncanın rəhbərliyi altında ilk qələbəsini qazanan Xan Lənkəran topla oynama statistikası ilə fərqlənib. Həmçinin məşqçi, yoldaşlıq matçı olmasına baxmayaraq, azarkeşlərin çox olması faktını qeyd edib.