Təlim-məşq toplantısı üçün Türkiyəyə yollanan Xan Lənkəran PFK ilk yoldaşlıq matçına çıxacaq. Bu haqda məlumat futbol klubunun rəsmi İnstagram hesabında paylaşılıb.
Xan Lənkəran PFK Antalyada Almaniyanın "Bishofverde" klubu ilə qarşılaşacaq. Qarşılaşma 28 yanvar Bakı vaxtı ilə 12:00-da baş tutacaq.
Qeyd edək ki, Bishofverde Almaniyanın 5-ci liqa təmsilçisidir.