Xan Lənkəran PFK yoldaşlıq matçında alman rəqibini 1 topla üstələyib. Bu haqda məlumat bu gün, 28 yanvar tarixində futbol klubunun rəsmi Facebook səhifəsində paylaşılıb.
Almaniyanın Bischofswerdaer FK-sı ilə qarşılaşan komandamız rəqibə 1-0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolun sahibi Elvin Mirzazadə olub.
Distiplinli almanlara qarşı oynayan komandamız təmkinli oyun tərzi ilə seçilib.