Karyerasının parlaq mövsümlərini "Xəzər Lənkəran"-da keçirən, Azərbaycan Milli Futbol komandasının tarixinə adını qızıl hərflərlə yazdıran qapıçı karyerasını bitirib. Bu haqda məlumat Report.az-da paylaşılıb.
Söhbət, 2006-2012-ci illərdə "Xəzər Lənkəran" FK-nın qapısını qoruyan Kamran Ağayevdən gedir. Bu barədə açıqlamanı, "Səbail" FK-nın baş məşqçisi Aftandil Hacıyev verib.
36 yaşlı qolkiper, karyerası boyunca "Şəfa Bakı", "Turan Tovuz", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "Kayserispor", "Karşıyaka", "İnter Bakı", "Boavişta", "Keşlə" və "Səbail" klublarında çıxış edib.