top
Ağaclara və evlərə zərərvericilər daraşıb - Rəsmi açıqlama
24 iyul 2026, 17:55
- ↺ +

Ağaclara və evlərə zərərvericilər daraşıb - Rəsmi açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda ağaclara kütləvi şəkildə zərərvericilər daraşıb. 

Belə ki rayon sakinləri bildiriblər ki, onlar bütün ağacları kökündən yeyir və təsərrüfata ziyan vurur. 

Vətəndaşlar qeyd edirlər ki, həmin ağ rəngli həşəratlar ağaclardan əlavə, evlərin divarlarına da daraşırlar. Bunun qarşısını almaq üçün vətəndaşlar həyətlərindəki tut və ərik ağaclarını kəsirlər.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən bildirilib ki, son günlər Lənkəran rayonu ərazisindəki ağaclarda müşahidə edilən zərərvericilərlə bağlı vətəndaşların narahatlığı barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin nəzarətindədir: "Vətəndaşların şikayətlərində qeyd olunan, kütləvi şəkildə ağaclara və evlərin divarlarına yayılan zərərverici Amerika ağ kəpənəyidir (Hyphantria cunea). Bu zərərverici təhlükəli karantin tətbiq edilən növ olmaqla, polifaq xüsusiyyətə malikdir. Yəni, bir çox bitki növü ilə, xüsusən də tut, ərik, alma və digər meyvə-giləmeyvə ağacları, eləcə də bəzək bitkiləri ilə qidalanır. Hazırda bölgədə müşahidə edilən vəziyyət Amerika ağ kəpənəyinin 2-ci nəslinin tırtıllarının inkişaf dövrünə təsadüf edir. Bu tırtıllar çox qısa müddətdə ağacların yarpaqlarını tora bürüyərək tamamilə yeyir. 

Bildirmək istəyirik ki, vətəndaşlar zərərvericidən xilas olmaq məqsədilə təşvişə düşərək tut, ərik və digər meyvə ağaclarını kəsməsinlər. Zərərvericilər hazırki dövrdə ağacların yaşıl kütləsi ilə qidalanaraq onlara ziyan vururlar. Bu zaman onlara qarşı ən əlverişli mübarizə üsulu zədələnmiş hissənin kəsib atılmasıdır, belə ki, həmin ağaclar növbəti ildə yenidən özlərini bərpa etmək potensialını qoruyub saxlayırlar".

Nazirlikdən qeyd edilib ki, zərərvericinin kütləvi yayılmasının qarşısının alınması məqsədilə mərkəz tərəfindən dövlət büdcəsi hesabına təxirəsalınmaz mübarizə tədbirləri həyata keçirilir: "Hazırda Lənkəran rayonunun Girdəni, İstisu və Vilvan kənd ərazilərində Amerika ağ kəpənəyinin 2-ci nəslinin tırtıllarına qarşı kənd təsərrüfatı sahələrində kimyəvi mübarizə işləri aparılır. Əlavə olaraq, Şirinsu, Port kəndləri və Liman şəhəri ərazilərində də kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam edir. İşlərin miqyası nəzərə alınaraq mübarizə tədbirləri növbəti həftə ərzində də davam etdiriləcək. İndiyədək artıq 100 hektara yaxın ərazidə dərmanlama işləri icra olunub və ehtiyac yaranarsa bu tədbirlərin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılıb.

Əhaliyə bildiririk ki, Gələcəkdə ərazilərində bu cür kütləvi zərərverici hücumları və ya analoji hallarla qarşılaşdıqda dərhal Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə müraciət etsinlər. Müraciət əsasında mütəxəssislərimiz tərəfindən əraziyə operativ baxış keçiriləcək və müvafiq zərərsizləşdirmə tədbirlərinin görülməsi təmin ediləcək".

Mənbə: qafqazinfo.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər