"Xan Lənkəran" FK-da baş məşqçi postuna gətirilən mütəxəssisin adı bəlli olub. Bu haqda məlumat futbol klubunun rəsmi İnstagram hesabında paylaşılıb.
Belə ki, futbol klubumuzun baş məşqçisi türkiyəli mütəxəssis İbrahim Uzunca olacaqdır. UEFA Pro kateqoriyalı məşqçi "Adana Demirspor", "Erciyespor", "Osmaniyespor" futbol klublarına başçılıq etmişdir. 27 illik məşqçilik təcrübəsi olan İbrahim Uzunca "Bakı" FK-nın əvəzedici komandasına çempionluq yaşadıb.
Qeyd edək ki, "Xan Lənkəran" FK-nın uğurlarının səbəbkarlarından biri olan keçmiş baş məşqçinin istefaya göndərilməsi ilə bağlı klub bəyanat yaymışdır. Məlumatda bildirilib ki, məşqçi heyəti bir neçə dəfə komandadaxili qaydaları pozduqlarına görə istefaya göndərilmişdirlər.