top
Saysız-hesabsız medallara sahib olan paralimpiyaçımız Bəhruz Mirzəyevi tanıyaq
28 avqust 2022, 01:00
- ↺ +

Saysız-hesabsız medallara sahib olan paralimpiyaçımız Bəhruz Mirzəyevi tanıyaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Masallının fəxri, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandanın üzvü Bəhruz Mirzəyev Polşanın Poznen şəhərində keçirilən “World Challenge" kubokunda qızıl medala sahib olub. Bəs biz bayrağımızı daim dalğalandıran paralimpiyaçımızı nə qədər yaxşı tanıyırıq?

Cenublu.az Bəhruz Mizəyevin həyatı və idman karyerası haqda məlumatı izləyiciləri ilə bölüşür.

Bəhruz Şakir oğlu Mirzəyev 8 aprel 1988-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. O, şəhid Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbinin 9-cu sinfini bitirib. Səhhətində problemlər 17-18 yaşında yaranmağa başlayır. Artıq 26-27 yaşlarında əlil arabasına oturmağa məcbur qalır. O, əzələ distrofiyası, miopatiya xəstəliyindən əziyyət çəkir. Əfsuslar olsun ki, idmançımızın düçar olduğu bu xəstəliyin müalicəsi yoxdur.

2016-cı ildə Bəhruz 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə gedir və orada dostundan boccia idman növü haqda məlumat alır. Daha sonra Birinci Qarabağ Müharibəsi əlili olan baş məşqçi İlham Məhərrəmovla tanış olur və beləliklə, boccia ilə məşğul olmağa başlayır.

2017-ci ildə Azərbaycanda keçirilən Türkiyənin milli komandası ilə yoldaşlıq görüşündə bürünc medala sahib olub. 2018-ci ilin mart ayından Leyla Əliyevanın təşəbbüsü ilə Boccia İdman Federasiyasının yarandığı ilk gündən federasiyaya qoşulub.

İkiqat Azərbaycan çempionu olan paralimpiyaçımız İspaniyanın Madrid şəhərində keçirilən açıq regional çempionatda 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. İtaliyanın Olbiya şəhərində 15 Avropa komandası arasında təşkil olunan yarışlarda qızıl medala layiq görülüb.

Boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il) BC 4 kateqoriyasında, Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr 2018-ci il), Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” (qitələrarası) çempionatında (02-08 aprel 2022-ci il) o, ölkəmizə qızıl medal qazandırıb.

Bəhruz Mirzəyev 2018-ci ildə boccia idman növü üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər