Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında Masallıdan olan Ruzanna Məmmədova 2-ci yerin sahibi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyun tarixində verir.
Belə ki, finalda macarıstanlı Sofi Ritterə 2:5 hesabı ilə məğlub olan Ruzanna Məmmədova Avropa çempionatının gümüş medalını qazanıb.