Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında Masallıdan olan Ruzanna Məmmədova finala vəsiqə qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyun tarixində verir.
Belə ki, 1/8 finalda ispaniyalı Roza Rodrigesə, 1/4 finalda türkiyəli Aslı Köleyə, yarımfinalda isə Polşalı Suzanna Horbikə (5:1) qalib gələn Ruzanna ikinci dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb.