Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov son yarışlarda yüksək nailiyyət qazanmış şahmatçılarla görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində verir.
Görüşdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad sektoru UGİŞM-in direktoru Abbas Zülfüqarov, məşqçi-müəllim Anar Bağışov və şahmatçılar (Nihad Eynullayev, Mirəli Salmanlı, Rauf Bağışlı, Səməd Bədəlov) iştirak ediblər.
Qeyd edək ki, Ağcabədi rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilən respublika turnirində Nihad Eynullayev 14 yaşlılar arasında A qrupunda l yerə layiq görülüb.