Masallıdan olan güləşçi Zəfər Əliyev dünya çempionatında çıxış edəcək. Bu haqda bu gün, 1 sentyabr tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Rumıniyanın Konstansa şəhərində keçirilən çimərlik güləşi üzrə dünya çempionatında Zəfər 90+ kq çəki dərəcəsində mübarizə aparacaq. Avropa çempionumuz mundiala baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında yollanır.
Zəfər Əliyevdən savayı, milli komandamızı 7 idmançı təmsil edəcək.