Masallıda qızlar arasında tir atıcılığı üzrə rayon turniri təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 fevral tarixində verir.
Gənclər Gününə həsr olunmuş yarış Gənclər Evində keçirilib.
Qaliblər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.
Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun və “Masallı Gənclər Evi” SXM-in birgə təşkilatçılığı ilə baş tutub.