Masallı Gənclər Evi SXM-də idarə, müəsissə və təşkilatlarda çalışan əməkdaşlar arasında tir atıcılığı üzrə rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyul tarixində verir.
16 nəfərin iştirak etdiyi turnirdə l, II və lll yeri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif olunublar.
Qeyd edək ki, turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 30-cu ildönümü münasibətilə keçirilib.