Masallıda Uşaqların Müdafiəsi Gününə həsr olunmuş uşaqlar arasında şahmat üzrə rayon turniri yekunlaşıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində verir.
70 nəfər şahmatçının iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib. Gərgin və maraqlı anlarla yadda qalan turnirdə I, II və III yerləri tutan şahmatçılara diplom və medallar təqdim olunub.
Mükafatlandırılma mərasimində Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rayon üzrə gənclər və idman sektorunun və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin əməkdaşları iştirak edib.