Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkında “İdman hamı üçün” layihəsi çərçivəsində idmançılar nümunəvi çıxışlar ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 sentyabr tarixində verir.
Sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə keçirilən tədbirdə sərbəst güləş, voleybol, futbol, uzunluğa tullanma və kəndirdartma idman növləri üzrə çıxışlar baş tutub.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilib.