Masallı şəhərində “Biz gəlirik” layihəsi baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 dekabr tarixində verir.
Tədbir 2 dekabr tarixində saat 10:00-da başlayacaq. Burada maraqlı, əyləncəli və mütəhərrik idman oyunları təşkil olunacaq.
Qeyd edək ki, sonda fəal iştirakçılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sertifikatları təqdim ediləcək.