Masallıda 28 May - Müstəqillik Gününə həsr olunmuş atletika idman növü üzrə rayon turniri baş tutub. Bu haqda məlumatı Cenublu.az 22 may tarixində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə istinadən verir.
Masallı Olimpiya Kompleksində keçirilən turnirə 6 rayon komandasından 50 nəfərə yaxın idmançı qatılıb.
Oğlanlar və qızlar arasında təşkil olunan yarışda komanda hesabında Masallı rayon komandası birinci, Cəlilabad rayon komandası ikinci, Astara və Lerik rayon komandaları üçüncü yerə layiq görülüb.
Turnirdə l, II və lll yeri tutan komandalar may ayının 23-də Spartakiadanın açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif olunacaqlar.