“Masallı” voleybol komandası Azərbaycan I Liqasında növbəti oyununu keçirəcək. Bu haqda bu gün, 11 fevral tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Komandamız 12 fevral 14:00-da “Ryuqa Loko” klubu ilə qarşılaşacaq. Oyun “Murov” voleybol klubunun ll zalında baş tutacaq.
Nəzərinizə çatdıraq ki, komandalar 1 dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-off mərhələsində müəyyən olunacaq.