Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük üzrə yığma komandasının üzvü, Masallının fəxri Vəli İsrafilov bu gün, 13 avqust tarixində V İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək. Bu haqda məlumatı Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, paraüzgüçümüz təsnifat mərhələsində 50 metr məsafəyə brass üsulu ilə üzəcək.
Qeyd edək ki, yarışın təsnifat mərhələsi bu gün saat 11:00-da baş tutacaq. Bu mərhələni keçən idmançılar saat 18:00-da baş tutacaq yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.