Masallıda keçirilən minifutbol turnirinin qalibi bəlli olub. Bu haqda bu gün, 22 avqust tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
“Şəhidlər Ölməz Vətən Bölünməz 2022” adlı turnirdə şəhid ailələri, qazilər, veteran futbolçular, AFFA nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.
Masallı Viləş Mini Stadionunda keçirilən final oyununda “Ərkivan” komandası ilə “Şassi” komandası qarşılaşıb. Gərgin keçən oyunun əsas vaxtı 1:1 hesabı ilə bitdiyinə görə, komandalar 7-metrlik zərbələr yerinə yetiriblər. Oyun “Şassi” komandasının qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turnirdə ilk 3 pillədə qərarlaşan komandalara mükafat olaraq pul, medal və hədiyyələr təqdim edilib.