AFFA İntizam Komitəsi “Masallı” klubuna texniki məğlubiyyət verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.
Buna komandanın U-16 Liqasında “Turan Tovuz” ilə səfər matçına təyin edilən vaxtda gəlməməsi səbəb olub.
Nəticədə "Masallı" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.