Bakı şəhərində keçirilən Böyüklər arasında kəmər güləşi üzrə 3-cü Avropa çempionatında Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri bürünc medal qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 oktyabr tarixində verir.
3-4 oktyabr 2023-cü il tarixlərində keçirilən çempionatda Masallı idmançıları Namiq Babayev (90kq) və Amin Qulamov (100kq) bürünc medalın sahibləri olublar.
Qeyd edək ki, hər iki idmançının məşqçi-müəllimi Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsinin baş məşqçi-müəllimi Təhmasib İsayevdir.