Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatında Masallı UGİM-in yetirməsi bürünc medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Yunan-Roma güləşi üzrə 44 kq çəki dərəcəsində mübarizə aparan Əmrah Əmrahov artıq Vətənə qayıdıb. Onu qarşılamağa Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, idmançının məşqçi-müəllimi Qismət Əkbərov və Səyədulla Əkbərov gəliblər.