Masallıdan olan idmançı Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək güləş üzrə U-15 Avropa çempionatında iştirak edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, 16-19 iyul tarixlərində keçiriləcək Avropa çempionatında Masallı Uşaq Gənclər İdman məktəbinin yetirməsi Əmrah Əmrahov yunan-Roma güləşi üzrə 44 kq çəkidə mübarizə aparacaq.
Qeyd edək ki, həmyerlimizin şəxsi məşqçisi Qismət Əkbərovdur.